“Nar” 120-dən çox yeni baza stansiyasını istifadəyə verib

22-05-2019 [18:42]
Ölkənin ən gənc mobil operatoru olan "Nar” yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. 

Mia.az şirkətə istinadla xəbər verir ki, son 5 ayda mobil operator 20-dən çox 3G, 95 4G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Bununla da, "Nar” 4G baza stansiyalarının sayı 1800-ü, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb. 

Qeyd edək ki, mobil operator ölkəboyu yeni baza stansiyaları quraşdırmaqla yanaşı, əvvəl quraşdırdığı baza stansiyalarını daim yeniləyir. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq, 45-dən çox 4G baza stansiyasında avadanlıqlar yenilənib. Bundan başqa, mobil operator baza stansiyalarının şəbəkə tutumunu da genişləndirib.

Bölgələrə xüsusi diqqətilə seçilən "Nar” 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, regionlarda, şəhər və rayon mərkəzlərində də təqdim edir. Hazırda 47-dən çox bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. "Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Mobil operatorun 4G istifadəçilərinin 72 faizi paytaxt Bakının, 28 faizi isə regionların payına düşür.

Qeyd edək ki, "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən çox baza stansiyası ilə 2,2 milyondan artıq abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 4G keyfiyyəti ilə yanaşı "Nar”ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.


SON XƏBƏRLƏR
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi