Poroşenkoya yeni cinayət işi açılıb - Vəzifədən sui-istifadə ittihamı

22-05-2019 [18:09]
Ukrayna Antikorrupsiya Prokurorluğu ölkənin sabiq prezidenti Petro Poroşenkoya yeni cinayət işi açıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Belə ki, Ukrayna prokurorluğu Poroşenkonun xidməti səlahiyyət həddini aşmasından şübhələnir.

Qeyd olunur ki, P.Poroşenkonun 227 milyon dollardan artıq vəsaitin mənimsənilməsində iştirak etdiyi ehtimal olunur.

Xatırladaq ki, dünən Ukraynanın sabiq prezidentinə qarşı Kerç boğazındakı insidentlə bağlı mümkün dövlətə xəyanət faktı üzrə cinayət işi açılıb.


SON XƏBƏRLƏR
11:21 27.06.2019
Deputatlar toplanır