Komitə rəsmisi: "Onların əsas hədəfi yeniyetmə və gənclərdir"

22-05-2019 [17:29]
"Dini zəmində ayrı-seçkilik yaratmağa çalışan qüvvələrin əsas hədəfi yeniyetmə və gənclərdir".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, bu kontingentlə sıx təmasda olan müəllimlərin üzərinə böyük məsuliyyət düşür: "Dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmə mühüm rol oynayır. Eyni zamanda bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği mühüm rol oynayır. Azərbaycanda dini radikalizmin yayılmasına qarşı həyata keçirilən maarifləndirmə tədbirləri müsbət nəticəsini verməkdədir. Davamlı olaraq respublikanın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin ölkəmizin tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür".

Report


SON XƏBƏRLƏR