Çətənə bitkisi yetişdirən Yevlax sakini tutulub

22-05-2019 [16:14]
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, mayın 21-i daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon Yuxarı Qarxun kənd sakini Elməddin Uğuruyevin Duzdağ kəndində yerləşən açıq sahədə aqrotexniki qaydada yetişdirdiyi 10-12 santimetr uzunluqda 19 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Götürülmüş çətənə kolları maddi sübut kimi ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR