Səfər Mehdiyev və müavinləri rayonlara gedir

img

22-05-2019 [14:27]


Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev mayın 25-də saat 11:00-da Balakən rayon Heydər Əliyev Mərkəzində bu rayondan olan vətəndaşları qəbul edəcək.

Mia.az Komitəyə istinadən bildirir ki, həmin gün saat 11:00-da DGK sədrinin birinci müavini İsmayıl Hüseynov Zaqatala rayon Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küç.1) Zaqatala rayonundan, DGK sədrinin müavini Əsgər Abdullayev isə Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N. Nərimanov küç. 4) Qax rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postu (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR