Gəncədə ofisdən pul oğurlanıb

22-05-2019 [12:31]
Gəncədə ofisdən 7 min dollar və 200 avro oğurlanıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.İbişovun ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 26-na keçən gecə Gəncə şəhəri H.Əliyev küçəsindəki ofislərin birindən 7000 ABŞ dolları və 200 avro oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə