Nazir müavininin qardaşı azadlığa buraxıldı

img

22-05-2019 [10:49]


2015-ci il mayın 19-da Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri - Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov azadlığa buraxılıb.

Q.Novruzov həbsdəki son günlərini Penitensiar Xidmətin müalicə müəssisəsində keçirib. O, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Qəzənfər Novruzovun həbs müddəti başa çatdığı üçün azad edildiyi bildirilir.

Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölmüş, 50 nəfər xəsarət almışdı.

Q. Novruzov Naxçıvan MR daxili işlər nazirinin müavini general-mayor Səbuhi Novruzovun qardaşıdır.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR