Oqtay Şirəliyev Mehman Hüseynovla bir arada - Nazirin səhhəti ilə bağlı açıqlama + FOTO

img

21-05-2019 [20:49]


Bloqer Mehman Hüseynovun İsveçrənin Cenevrədəki hava limanında səhiyyə naziri Oqtay Əsədovla qarşılaşması və şəkil çəkib sosial şəbəkədə paylaşması müzakirəyə səbəb olub.

 Mehman Hüseynov yazıb ki, səhiyyə naziri Oqtay Şirəliyev Avropada müalicə olunmaqdan qayıdır.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, nazir Oqtay Şirəliyevin Avropaya müalicəyə getməsi iddiası doğru deyil. 

Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb: "Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”. 

virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR