Qubada soyğunçuluq edən 58 yaşlı keçmiş məhkum həbs edildi

21-05-2019 [19:36]

Qubanın Amsar kənd ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba Regional qrupundan Mia.az-a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Amsar kənd ərazisində Akif Sərdarova qarşı soyğunçuluq edərək, xeyli miqdarda pulunu açıq talama yolu ilə ələ keçirən həmin kənd sakini, əvvəllər məhkum olunmuş 58 yaşlı Əjdər Ağammədov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, soyğunçuluq yolu ilə əldə edtidi pulları Xaçmaz şəhər ərazisində xərclədiyini bildirib.

Faktla əlaqədar Ə.Ağammədov barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə