Ağdaşda oğru tutulub

img

21-05-2019 [17:55]


Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən qadın sakin anasına məxsus evdən 700 manat dəyərində ev əşyalarının oğurlandığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının "isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Ağdaş şəhər sakini 38 yaşlı Əfqan Yaqublu olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR