UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda - FOTO

img

21-05-2019 [16:39]


UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının kubokunu görmək imkanı yaradan kubok turu keçirib. 

Mia.az xəbər verir ki, kubok Gəncə şəhərindən sonra mayın 21-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gətirilib. Avropa Liqasının kubokunu yaxından görmək və şəkil çəkdirmək istəyən kənd sakinləri, futbol azarkeşləri üçün "Qayıdış” parkında şəkil zonası, "Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.

Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlar, futbol üzrə ustad dərsləri və digər əyləncələr maraqla qarşılanıb. Bayram ab-havasının yaradılması üçün tədbirdə ölkədə tanınan DJ AKG iştirak edib.

Qeyd edək ki, Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalında İngiltərənin "Arsenal” və "Çelsi” komandaları qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR