Deputat Lənkəran hava limanının Rusiyaya icarəyə verilməsini təklif edib

img

21-05-2019 [16:03]


"Azərbaycanda hava limanları, idman kompleksləri tikilir. Hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Rüfət Quliyev bildirib.

Deputat həmin obyektlərin tender formasında icarəyə verilməsini təklif edib: "Düşünürəm ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını, ya da qismən Azərbaycanın hər hansı kommersiya struktur ilə şərikli istifadə edə bilərlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR