Hökumət ticarətlə bağlı qərar verdi

img

21-05-2019 [09:45]


Nazirlər Kabineti 2012-ci il 11 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”na dəyişiklik edib.

Mia.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun verdiyi qərara əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərtilə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktı onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR