GENERAL NAZİRİN ƏMİSİ OĞLUNU İŞDƏN AZAD ETDİ - Nöqsana görə...

20-05-2019 [22:01]
Xəbər  verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Qırmızı körpü” gömrük  postunun rəisi Rəşad Babayevi tutduğu  vəzifədən azad edib.

Mia.az xəbər verir ki, çıxarılan rəislə bağlı Uikal.org saytı maraqlı fakt yayıb.

Bildirilib ki, "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmisi  oğludur.

Xatırladaq ki,  bu gün Dövlət Gömrük Komitəsi Rəşad Babayevin azad olunması ilə bağlı məlumat yayıb.

Komitə Türkiyədə müvəqqəti yaşayaraq Azərbaycana qayıdan ölkə vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumatlara toxunaraq, bildirib ki, X.Şabanovanın ölkəyə qayıtdığı tarixdə "Qırmız Körpü" gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub: 

"Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların - ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib".

DGK qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə X.Şabanovaya təşəkkürünü bildirib.

***

Dövlət Gömrük Komitəsi xəbərə reaksiya verərək, bildirib ki, Rəşad Babayev, ümumiyyətlə "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir.

Mia.az


SON XƏBƏRLƏR