Parlamentdən buraxıldı, hökumət istefaya getdi

20-05-2019 [19:33]
Ukraynanın baş naziri Vladimir Qroysman hökumətin istefa verdiyini bəyan edib.

TASS xəbər verir ki, hökumətin çərşənbə günü keçiriləcək iclasından sonra vəzifədən gedəcəyini bildirən baş nazir Ali Radaya (parlamentə) seçkilərdə namizəd olacağını qeyd edib.

"Gələcəkdə daha böyük işlər görəcəyimizə əminəm. Yeni parlamentdə silahdaşlarımızla birgə peşəkar komanda yaradıb dövlətə xidmət edəcəyik”, - V.Qroysman diqqətə çatdırıb/Report.

Xatırladaq ki, bu gün andişmə mərasimindən sonra öplkənin yeni prezidenti Zelenski parlamenti buraxdığını və yeni seçkinin tarixinin yaxın günlərdə elan ediləcəyini deyib.

Mia.az 


SON XƏBƏRLƏR