Yanacaqdoldurma məntəqəsində partlayış: 3 nəfər ölüb, 4-ü yaralanıb

20-05-2019 [19:08]
Rusiyanın Moskva vilayətinin Serpuxov rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində yanğın buxarından yaranmış partlayış nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

TASS xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti Baş İdarəsinin Mətbuat xidmətindən bildiriblər.

Hadisə qaynaq işləri zamanı baş verib. Partlayışdan sonra yanğın olmayıb.

Hadisə yerində əməliyyat xidməti araşdırma aparır/Report.


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə