DİN arvadı və qızı ilə birlikdə 4 nəfəri bıçaqlayan şəxslə bağlı məlumat yaydı

20-05-2019 [18:54]
Binə qəsəbəsi südçülük sovxozunun ərazisində bıçaqlanma hadisəsi baş verib.

Mia.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, mayın 20-də saat 3 radələrində Xəzər rayonunun Binə qəsəbəsi südçülük sovxozunun ərazisində kirayə yaşayan M.Rzayevanın evinə gəlmiş keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Z.Rzayev münaqişə zəminində ona, qızı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Q.Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini V.Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəsarət almış həmin şəxslər xəstəxanaya yerləşdirilib, V.Əliyev ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Rzayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


SON XƏBƏRLƏR
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi