Anasını boğub öldürdükdən sonra evi yandıran keçmiş məhkum tutuldu - Bakıda dəhşətli olay

img

20-05-2019 [18:21]


Daxili İşlər Nazirliyi (DİN) mayın 18-də saat 18 radələrində Maştağa qəsəbəsindəki bağ evlərinin birində baş vermiş yanğınla bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, yanğın söndürüldükdən sonra ev sahibəsinin yanmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin evdə yaşayan, əvvəllər məhkum olunmuş Tahir Bağırovun anası Rübabə Bağırovanı boğaraq qətlə yetirdiyi, sonra isə izi itirmək məqsədilə evi yandırdığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən T.Bağırov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR