Baş Gömrük İdarəsində yoxlama... - Palata qərar qəbul etdi

img

20-05-2019 [17:45]


Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Mia.az Palataya istinadən xəbər verir ki, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbiri üzrə Auditor Hesabatı və Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair Rəyi müzakirə olunub: 

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi üzərində inzibatçılığın təşkili vəziyyətinin müəyyənləşdirilməsinə dair;
 
- "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi.
 
Kollegiya iclasında  nəzarət tədbiri üzrə Auditor hesabatı və Hesablama Palatasının Rəyi barədə müvafiq qərar qəbul olunub. 

Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Azərbaycan Respublikasının  Milli  Məclisinə müvafiq məlumatın təqdim olunması və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyinin  Azərbaycan Respublikasının  Milli  Məclisinə təqdim edilməsi  qərara alınıb.

İclasda, həmçinin Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı Tövsiyə və Qaydalar  müzakirə olunaraq  təsdiq  edilib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR