Nazirlik Oqtay Şirəliyevin istefa tələbinə elə cavab verdi ki... - Açıqlama

20-05-2019 [16:27]
Səhiyyə Nazirliyi nazirliyin binası qarşısında aksiya keçirən şəxsin iddiasına cavab verib.

Mia.az nazirliyə istinadən xəbər verir ki, Teymur Kərimov iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib: 

"Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb. 

Belə ki, xəstə,1963 -ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cü il fevral ayından ET Hematologiya və Transfuziologiya institutunda çox saylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb. Diaqnoz laborator qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Xəstəyə protokol üzrə VCD velkeyd, sikofosfan, deksametazon kursu aparılıb, bununla yanaşı xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hazırda xəstə ambulator müalicədədir".

O da bildirilir ki, Protokol üzrə xəstəyə 4 kurs ambulator müalicə aparılıb. Xəstə, eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.

Bundan sonra nazirlik jurnalisti şantajda ittiham edib: "Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib. Şənbə günü isə Nazirliyin qarşısında səs küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın Nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır.

Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır hədəf terapiyası İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur. Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya institutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir".

Xatırladaq ki, "Kanal 8”-in jurnalisti Teymur Kәrimov  Respublika Klinik Xәstәxanasında qan xәrçәngindәn әziyyәt çәkәn anasının müalicәsinә pul çatdıra bilmәdiyini bəyan edərək,  mayın 18-dә Sәhiyyә Nazirliyinin binası qarşısında aksiya keçirib.

 O,  səhiyyədəki rüşvət və özbaşınalıqlara etiraz edərək,  paltarlarını soyunaraq satışa çıxarıb və bildirmişdi ki, adicə pambığı belə onlara pulla verirlər.

Artıq bütün var-yoxlarının Oqtay Şirəliyevin həkimləri tərəfindən soyulduğunu deyən jurnalist naziri istefaya səsləmişdi.

Polislər onu aksiyaya görə saxlayıb, əvvəl 20-ci Polis Şöbəsinə, sonra isә Nәsimi Rayon Polis İdarәsinә aparmışdılar.

Bu barәdә AzadlıqRadiosuna jurnalist özü məlumat verib. T. Kәrimov bildirib ki, onu Nәsimi Rayon Polis İdarәsindә 4 saatdan çox saxlayıblar. 

Jurnalist bildirib ki, ondan aksiyasının sәbәbini soruşub vә izahat yazdırıblar: "Daha sonra mәnә vәd veriblәr ki, mayın 20-si mәni Sәhiyyә Nazirliyindә qәbul edәcәklәr. Hәmçinin deyiblәr ki, şikayәtimә prokurorluq tәrәfindәn baxılacaq. Bundan sonra sәrbәst buraxıldım".



SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə