ADRA-da Apellyasıya Şurası yaradılıb

20-05-2019 [16:00]
Açıq məkanda reklam yayımı sahəsində sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması üzrə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Apellyasıya Şurası yaradılıb.

Agentlikdən Mia.az-a verilən məlumata görə, bu gün Şura sədrinin rəhbərliyi ilə ilk iclas keçirilib.

Şuranın fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, şikayətlərə baxılması mexanizmləri barədə Şura üzvləri, onun Katibliyi və ADRA-nın müvafiq struktur bölmələrinin rəhbərləri məlumatlandırılmış və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmış, aidiyyəti tapşırıqlar verilib.

Artıq sahibkarlar özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı ADRA-nın qərarlarından, hərəkət və hərəkətsizliyindən Apellyasiya Şurasına müraciət edə biləcəklər. Yaxın zamanlarda sahibkarların həmçinin ADRA-nın rəsmi internet səhifəsi vasitəsi ilə də Şuraya elektron qaydada müraciət etmək imkanı təmin olunacaq. 

Xatırladaq ki, Apellyasiya Şurası öz fəaliyyətini qanunçuluq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında qurmaqla, sahibkarların müraciətlərinə operativ və obyektiv şəkildə baxan kollegial orqandır.

ADRA-da Şuranın yaradılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görülüb, o cümlədən Şuranın və onun Katibliyinin üzvləri müəyyən olunub. 


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə