Marneulinin icra başçısı azərbaycanlı oldu

img

20-05-2019 [14:03]


Gürcüstanın MSK-sı Marneuli rayonunda 90 seçki məntəqəsinin hamısı üzrə nəticələri elan edib.

Nəticələrə əsasən, hakim "Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 78,6%-ni əldə edərək Marneulinin icra başçısı seçilib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%, müxalif "Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%, müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb.

Qeyd edək ki, ötən gün Marneulidə keçirilmiş seçkilərdə rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb. Rayonda seçici fəallığı 35,82% təşkil edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR