Saakaşvilinin xanımı xalqı İvanişvili rejimini devirməyə çağırdı

20-05-2019 [14:41]
"Bidzina İvanişvilinin rejiminə etiraz dalğası ilə son qoymaq olar”.

Bu barədə Gürcüstanın müxalif Vahid Mili Hərəkat Partiyasının Zuqdidi rayon rəhbərliyinə namizədi olan, sabiq prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs bildirib.

O deyib ki, B.İvanişvilinin rejimini devirdikdən sonra ölkədə seçkilər barədə danışmaq mümkün olacaq: "Biz qətiyyətlə mövqeyimizi müdafiə edəcəyik. Hər bir şəhərə, kəndə, küçəyə baş çəkəcəyik və insanları əmin edəcəyik ki, biz bir-birimizi güclü edə bilərik. İvanişvilinin rejiminə etiraz dalğası ilə qalib gəlməliyik”.

Qeyd edək ki, ötən gün Zuqdidiə keçirilən seçkilərdə hakim "Gürcü Arzusu” Partiyasının namizədi Giorgi Şengeliasəslərin 54,18%, S.Rulofs isə 46,88%-ni əldə edib/Report.


SON XƏBƏRLƏR
20:15 24.06.2019
Azercell-dən #Hədiyyə