Ərdoğan ABŞ-a açıq mesaj verdi: "Rusiya ilə anlaşmada geriyə addım atmaq yoxdur..."

19-05-2019 [11:43]
"Rusiya ilə S-400 anlaşması ilə bağlı geriyə addım atmaq yoxdur. Bu məsələ artıq bitib".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan ölkəsinin NTV kanalında canlı yayımlanan sual-cavabda deyib.

Prezident bildirib ki, həm Rusiyadan S-400 raketlərini, həm də gec-tez ABŞ-dan müqaviləyə uyğun olaraq F-35 qırıcılarını təslim alacaqlar: 

"S-400-lərə bağlı məsələ bitib. Geriyə addım atmaq yoxdur. Zatən bu silahın NATO-ya təsiri olub-olmaması ilə bağlı NATO-nun baş katibi də müsbət açıqlama verdi. Bu istiqamətdə texnik çalışmalar olub. Onların generalı varsa, bizim də generallarımız var və onlardan geri qlamır. Yəni bu məsələnin texniki tərəfi tədqiq edilib. S-400-lərin alınmasında heç bir problem yoxdur. S-400-lər Türkiyəyə gələcək. 

Hə qaldı "Patriot”lara, biz bunu Obamanın dövründə istədik, ancaq dedi ki, konqres icazə vermir. Cənab Trampın dövründə də dedik, yenə də eyni sözləri eşitdik. Yenə də deyirik, keçirin, onu da alaq. Həm S-400-müz, həm də Patriot"umuz olsun.

İndi  F-35 qırıcıları ilə bağlı mərkəzdə nazla futbol oynayırmışlar kimi oynayırlar. F-35-lərin 5 ədədini bizə təhvil veriblər. Ancaq gec-tez F-35-ləri alacağıq".


SON XƏBƏRLƏR