18-05-2019 [23:30]
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkə mətbuatının vəziyyəti ilə bağlı geniş müsahibə verərək, bu sahədəki əsas problemlərdən, Azərbaycan mediasının peşəkarlaşması üçün atılması vacib addımlardan danışıb, maraqlı təkliflərlə çıxış edib.
Mia.az Musavat.com-a istinadla həmin müsahibəni oxucularına təqdim edir:
- Əflatun bəy, rəhbərlik etdiyiniz təşkilat 3 may Ümumdünya Mətbuat Azadlığı Gününu xüsusi qeyd etdi, bununla bağlı ayrıca konfrans təşkil etdiniz. Düşünürük ki, bu günə 2019-cu ildə daha önəmli yanaşıldı. Belə demək olarmı?
- Mətbuat Şurası hər zaman 3 may Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edib. Diqqət yetirsəniz, əvvəlki illərdə də konfranslar təşkil etmişik. Ancaq bu il bir qədər fərqli ab-hava var idi. O ab-havanı da biz yaratmadıq. Və bu ab-havanın fonunda təşkil etdiyimiz tədbir ön plana çıxdı. Fərqlilik nədədir, hesab edirəm ki, bunun üzərində dayanmağa ehtiyac var.
Bilirsiniz ki, media ümumən spesifik sahədir. Onun azadlığı məsələsi bütün cəmiyyətlər üçün prioritetdir. Azərbaycan cəmiyyətində də buna xüsusi münasibət var. Məsələ yanaşmada hansı meyllərin nəzərə çarpmasında, hansı məqamların əsas götürülməsindədir. Hesab etmirik ki, Azərbaycan mediası problemsizdir. Tədbirimizdə problem və çətinliklər çılpaqlığı ilə sadalandı. Amma biz fikirlərimizi yalnız 3 may günü, ya da media ilə bağlı hansısa əlamətdar günlərdə söyləmirik, hər zaman gündəmə gətirir və diqqətdə saxlayırıq.
Medianın elə bir problemi yoxdur ki, Mətbuat Şurası onunla əlaqədar nə isə etməsin. Mübahisələndirmək niyyətim yoxdur, əlbəttə, edə bilmədiyimiz işlər kifayət qədərdir. Ümumən mediamızın mənzərəsi aydındır. Məsələ problemlərin təqdim olunmasındadır. Problemi aradan qaldırmaqmı istəyirik, yoxsa spekulyasiya etmək? Suallar çoxdur və təəssüf ki, onların doğuran əslində yanaşma və fikir ayrılıqları deyil. Böyük ölçüdə ortada iddia var. İddia indiyədək media sahəsində görülən işlərin, guya, yarıtmaz olduğuna dair rəy yaratmağa söykənib.
İnkarçılıq heç vaxt yanaşma sayılmayıb və heç zaman tərəqqi gətirməyib. Görünən budur ki, bəzilərinin inkarçılığında ideya yoxdur. Yenə də deyirəm, problemləri biz də görürük. Nəzərə alaq ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyət necədirsə, o da elədir. Mətbuat azadlığı deyirik, inkarçıların təqdim etdikləri model həqiqi media azadlığıdırmı? Kimdir o azadlığı təqdim edən, onun özü nə dərəcədə azaddır? O, hansı düşüncəsi ilə fərqlidir? Ümumiyyətli fərqlidirmi? Deyiləcək, söyləniləcək çox məqamlar var.
- Sizcə, Azərbaycan mediası azaddırmı?
- Düşünmürəm ki, azad deyil. Azadlıq ümumən Azərbaycan mediasının ruhundan irəli gələn xüsusiyyətdir. Bu ruh isə xalqın təfəkkürünə, geninə, kod yaddaşına söykənir. Məsələ azadlığın peşəkarlıqla nə dərəcədə adekvat olmasındadır. Əgər azadlıq ikrah doğurursa, narazılıq yaradırsa, təbii, ortaya eybəcər mənzərə çıxır. Azadlığın nümayişini cəsarət kimi dəyərləndirmək olmursa, demək ki, onun ifadə vasitəsi peşəkar deyil. Mən peşəkarlığı daha üstün tuturam. Obrazlı desəm, peşəkarlıq çaydır, onun axarı azadlıqdır. Çay istər-istəməz axarını tapacaq, qarşısını kəsmək qeyri-mümkündür. Azadlıq sərhədsiz deyil. Hesab edirəm ki, biz azad dedikdə peşəkar media üzərində dayanmalıyıq. O zaman azadlığımızın sərhədləri daha geniş olacaq. Azərbaycan mediası peşəkarlaşmalıdır. Burada məsələyə ayrı-ayrı jurnalistlərin fərdi keyfiyyəti prizmasından yox, kompleks yanaşılmalıdır. Əgər bu yanaşma olacaqsa, biz heç düşünməyəcəyik ki, mediamız azaddır, ya yox. Yəni dilemma qarşısında qalmayacağıq.
Mən bir qədər öncə bildirdim ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyət azadlığı necə qəbul edir? Demokratik dəyişikliyin baş verdiyi deyilən Ukraynada insanlar korrupsioner olduğu iddia edilən nazirləri zibil yeşiklərinə atırdılar. Media da bunu çəkib örnək kimi göstərirdi. Bu, cəmiyyətin azadlığa münasibətinin təzahürü idi. Amma gəlin düşünək, belə azadlıq lazımdırmı? Bu cür yanaşma cəmiyyətə nə verir? Hansısa nazirin korrupsiya əməli varsa, onun cəzası məhkəmədə verilməli deyildimi? Yəni sözüm ondadır ki, azadlığın necə qəbul olunması da önəmlidir. Media peşəkardırsa, onun azadlığı mütərəqqiliyə əsaslanacaq, faydalı olacaq. Biz arzu edirik ki, mediamız peşəkar olsun. O, nə qədər çox peşəkar olsa, gerçək azadlığını tez tapacaq.
- Əflatun bəy, Mətbuat Şurası mediamızın peşəkar olması üçün hansı işləri görür? Ümumən mediada peşəkarlığı artırmaq üçün daha nələr edilməlidir?
- Mediamız qeyri-peşəkar, ümumən jurnalistikaya yad meyllərdən təmizlənməlidir. Mövcud xüsusda «reket jurnalistika»ya qarşı mübarizədən söz aça bilərik. Düşünürəm ki, Şuranın fəaliyyətinin ilk on ilində bu mübarizə daha effektiv idi. Ona görə ki, internet media indiki kimi geniş yayılmamışdı. Digər problem isə internet medianın şəbəkələşməsidir. On il əvvəl bu, yox idi. Şəbəkələşmə belədir ki, ictimai rəydə qəbul olunmayan saytların bir qrupu birləşərək eyni şəxsi hədəfə götürürlər. Həmin şəxs haqqında birdən-birə on, yaxud on beş sayt yazır. Təsəvvür edirsiniz də necə vəziyyət yaranır...
Belə hallardan narazılıqlar Mətbuat Şurasına ünvanlanır. Şura özünün məhdud təsir rıçaqları ilə bu cür yarıtmaz təmayüllərə qarşı mübarizə aparır. Peşəkarlıq yalnız hansısa jurnalistin və ya media qurumunun peşəkar olması demək deyil. Məsələ cəmiyyətin də necə qəbul etməsindədir. Cəmiyyət üzvləri görürlər ki, onlar barədə 15 sayt yalan və iftira tirajlayır. Üstəlik bunun yayılmaması müqabilində hansısa təmənna məqsədli söhbətlər olunur. Hamı da bilir ki, bu yanaşma doğru deyil. Hətta təmənnanı ödəyən də bunu yaxşı bilir. Belədə insanların media təmsilçisi kimi gördükləri qeyd etdiyimiz qeyri-peşəkar, jurnalistikaya yad şəxslərdir. Ona görə deyirəm ki, cəmiyyət bizi tam mənada peşəkar qəbul etməlidir. Bunun üçün ciddi təsir imkanlarımız olmalıdır.
Hazırda Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır. Ancaq bu, nə dərəcədə yetərlidir? Qeyri-peşəkar, həqiqi media prinsiplərinə zidd hallarla mübarizədə daha nələri etməliyik? Hesab edirəm ki, məsələyə sırf media müstəvisində baxılmasının yolu yenə də Mətbuat Şurasından keçir. O mənada ki, qurum medianın özünütənzimləmə modeli olaraq qalmalı, yalnız müəyyən səlahiyyətlər əldə etməlidir. Bütün bunlar isə Mətbuat Şurasının hüquqi statusu məsələsini aktuallaşdırmaqdadır.
İkinci məsələ sırf peşəkarlıq vərdişlərinin artırılması üçün tədbirlərin reallaşdırılmasıdır. Biz müxtəlif dövlət qurumlarının mütəxəssisləri ilə birgə konfranslar, «dəyirmi masa»lar təşkil edir, tematik mövzulara toxunuruq. Birgə yaradıcılıq müsabiqələrimiz də istər-istəməz jurnalistikanın ixtisaslaşmasına dəstəkdir. Müxtəlif səfirliklərin, fondların, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin xətti ilə xaricə jurnalist səfərləri təşkil edir, xaricdən də ölkəmizə jmedia təmsilçiləri təşrif buyurur.
Sistemli fəaliyyət üçün müəyyən planlarımız var. Əvvəllər jurnalist sənətkarlığı institutu deyilən qurum var idi. Hesab edirəm ki, təxminən o formatda iş görülməlidir. Əlbəttə, jurnalistika sahəsində təhsil verən ali məktəblərimiz mövcuddur. Ancaq nəzərə almayılıq ki, XXI əsrdə informasiya işi yalnız xəbərin çatdırılması, məlumatlandırma deyil, daha çox ideoloji təbliğatdır, ictimai rəyin yönləndirilməsidir, dövlətlərin ayaqda qalmaq təminatıdır. Biz məsələyə məhz bu aspektdən yanaşmalıyıq. Xarici dillərdə nəinki danışan, eyni zamanda belə demək mümkünsə, xaricilərin başı ilə düşünən jurnalist kadrlarımız olmalıdır. Qabaqcıl təcrübənin öyrənilməsi prosesi epizodik xarakter daşımamalıdır. İş fundamental şəkildə qurulmalıdır. Bütün bunlar isə daha sistemli yanaşma tələb edir.
Əlbəttə, Azərbaycanda media dövlət qayğısı ilə əhatə olunub. Bu qayğı dövlət siyasətinin tərkib hissəsi kimi özünü göstərməkdədir. Ancaq hesab edirəm ki, jurnalistikanın inkişafı ilə bağlı dövlət proqramı da olmalıdır. Təbii, sahəyə maliyyə vəsaiti də görüləcək işlərə adekvat surətdə, daha məqsədyönlü formada ayrılmalıdır. Ümumən görüləcək işlər çoxdur.
- Mətbuat Şurasının əleyhinə iddialar da səsləndirilir. Ola bilməzmi ki, bu iddialar qeyd etdiyiniz işlərin reallaşmaması ilə bağlıdır?
- İddialar Azərbaycanda media siyasətinin, guya, düzgün qurulmamasına söykənir. Bu xüsusda Mətbuat Şurası da tənqidə məruz qalır. Məqsədləri heç də jurnalistikanın yuxarıda qeyd etdiyim meyarlara cavab verməsini təmin etmək deyil. Özünüz də dediniz ki, iddiadır. Mən hətta deyərdim ki, kor iddiadır. Ən asanı tənqid etməkdir. Konkret iş ortaya qoymaq çətindir. «Siz gedin, biz gələk» ritorikası bolşeviksayağı yanaşmadan başqa bir şey deyil. Bu gün o tənqid edənləri, iddia səsləndirənləri çağırıb desək ki, oturaq mediamızın inkişafı naminə müzakirə aparaq, razılaşmayacaqlar. Desək ki, təkliflərinizi verin, yayınacaqlar. Dəfələrlə belə olub. Yenə də təkrarlayıram, inkarçılıq yol sayılmır.
Problemlərin mövcudluğu heç də onu həll etmək iqtidarında və istəyində olmamağımızla əlaqədar deyil. Ümumən media kimi ağır sahəni 25 il ərzində sahmana salmaq mümkünsüzdür. Elə cəmiyyətin özünü də. Biz cəmiyyət olaraq bir sıra mənfi stereotiplərdən hələ uzaq ola bilməmişik və bunun özü müəyyən mənada təbii sayılmalıdır. Əsas olan budur ki, ölkəmizdə medianın cəmiyyətdəki roluna önəm verilir. Azərbaycan Mətbuat Şurası da bu proseslərin mərkəzində dayanan və jurnalistlərin özlərinin formalaşdırdıqları təsisatdır. Buna alternativ olaraq təqdim ediləcək model yoxdur. Çünki bu modelin özü dünya təcrübəsinə əsaslanır.
- Dünya təcrübəsi demişkən, bir az öncə də söz açdınız, ümumən media ictimaiyyətində bu barədə müzakirələr aparılmaqdadır. Söhbət "Mətbuat Şurası haqqında” qanun layihəsindən gedir. Şuranın fəaliyyəti qanunla tənzimlənəcəksə, bu o demək olmayacaq ki, qurum media ilə bağlı dövlət təşkilatı kimi fəaliyyət göstərəcək?
- Məsələyə prinsipial yanaşma heç də onda deyil ki, Mətbuat Şurası dövlət qurumu olsun. Bizim hazırladığımız layihədə bu, nəzərdə tutulmur. Dövlətə nə lazımdır? Cəmiyyət konfliktlərlə, indiki halda media müstəvisindəki münaqişələrlə yüklənməsin. Əgər yüklənmə varsa, vəziyyətdən səmərəli çıxış yolu tapılsın. Əvvəldə də dedim, internet medianın sürətli inkişafı fərqli mühit doğurub. Mövcud durumda söz azadlığı prinsiplərindən sui-istifadə geniş yayılmaqdadır. Bəli, bu sui-istifadələr bir çox hallarda hüquqi məsuliyyət də yaradır. Bəzi adamlar deyirlər ki, sui-istifadə varsa və hüquqi məsuliyyət doğurursa, o zaman tədbiri də hüquq-mühafizə orqanları görsün. Amma gəlin düşünək: vaxtilə Mətbuat Şurası yox idi, məhkəmələr jurnalistlərlə bağlı işlərlə dolmuşdu. Şuranın fəaliyyəti bu neqativ tendensiyanı sıradan çıxartdı. Hazırda məhkəmələr internet media ilə bağlı məsələləri mübahisələndirməkdə çətinlik çəkirlər. Əlbəttə, bu, bir tərəfdən internet medianın hüquqi münasibətlər sistemində oturuşmaması ilə bağlıdır. Digər tərəfdən, biz yenə də hər mübahisənin, o cümlədən media ilə bağlı mübahisənin məhkəmə müstəvisinə daşınmasına razı ola bilmərik.
Yeri gəlmişkən, bir məsələni diqqətinizə çatdırım. Təxminən iki həftə əvvəl Milli Məclisin plenar iclasında «Mediasiya haqqında» qanun layihəsini müzakirə etdik. Layihə problemlərin məhkəməyəqədərki həllinə hesablanıb. Əminəm ki, qanun qəbul olunacaq və sənəddən irəli gələn vəzifələrin reallaşdırılması cəmiyyətimiz üçün faydalı nəticələr verəcəkdir.
Yəni sözüm ondadır ki, ümumən cəmiyyətin problemlərinin məhkəmələrsiz həlli praktikasına gedilir. Dünyada da belədir. Mətbuat Şurası modeli də əslində buna xidmət edir. Ancaq işin qanuni tərəfləri də olmalıdır. Görürsünüzmü, mediasiya ilə bağlı qanun qəbul edirik. Sənədə əsasən ayrıca qurum - Mediasiya Şurası formalaşdırılacaq. Qanun hüquqa uyğun fəaliyyət üçün əsasdır, təminatdır. Belə bir əsas niyə də Mətbuat Şurası ilə əlaqədar olmasın? Qanunun olması fəaliyyəti təkmilləşdirir, səmərəliliyi artırır.
Beynəlxalq təcrübəyə baxsaq, dünyanın bir çox ölkələrində mətbuat şuraları dövlət tərəfindən maliyyələşir ki, bunun da, heç şübhəsiz, hüquqa əsaslanan meyarları var. Dövlətin bu sahəyə diqqəti heç də klassik bürokratik nəzarət anlamında qəbul olunmur. Onun prosesdə cəmiyyətin mənafeyi naminə maraqlılığı önə çəkilir. Biz də eyni modelin ölkəmizdə tətbiqini istəyirik.
Daha bir vacib məqamı vurğulayım. Hər hansı prosesdə niyyət önəmlidir. Azərbaycanda heç bir halda medianın fəaliyyəti inzibatçılıqla məhdudlaşdırıla bilməz. O yol keçmişdə qalıb. Ona qayıdılması mümkün deyil. Yalnız ona görə yox ki, dünya birliyinin təsəvvüründə ölkəmizlə bağlı mənfi rəy yaranar. Həm də o səbəbdən ki, Azərbaycan insanının təfəkkürü buna yol verməz. Əgər hansısa qanun bu təfəkkürə ziddirsə, təbii işləməyəcək. Düşünürəm ki, söz azadlığı, söz demək azadlığı baxışlarda formalaşmış vərdişdir. Əsas olan bu azadlığın digər azadlıqları məhdudlaşdırmasına yol verməməkdir. Proses cəmiyyətin marağına uyğun tənzimlənməlidir.
- Azərbaycan mediasının problemləri ilə bağlı ümumiləşdirmə aparsaq, hansı konkret məqamı vurğulamaq mümkündür?
- Biz problemlərdən kifayət qədər geniş danışdıq, onların bir çoxlarını sadaladıq. Məsələyə təkrar qayıtmaq istəməzdim. Ümumiləşdirmə aparsaq, təbii ki, özünümaliyyələşdirmə səviyyəsinin zəifliyini ön plana çəkə bilərik. Mediamız ölkə iqtisadiyyatının tərkib hissəsi kimi zəif çıxış edir. İqtisadi paya sahibolma göstəriciləri xeyli aşağıdır. Əlbəttə, medianın özündən asılı səbəblər kifayət qədərdir. Ancaq vəziyyətin mediadan asılı olmayan məqamları da yetərincə çoxdur.
İqtisadi müstəqilliyin olmaması medianı istər-istəməz siyasi və qrup mənafelərinin alətinə çevirir. Bu kimi məsələlərə kompleks yanaşmaq zəruridir və yanaşılır da. Buna görə də Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyi var. Dövlət dəstəyi müstəqilliyin qorunması üçündür. Dövlət dəstəyi ona hesablanıb ki, media orqanları kimlərdənsə asılı hala düşməsinlər və cəmiyyətin maraqları naminə fəaliyyətə köklənsinlər. Əlbəttə, dövlət dəstəyi artırılmalıdır. Yalnız maliyyə baxımından deyil, təşkilati tərəfdən də. Bir qədər öncə informasiyanın qlobal mahiyyətindən söz açdıq. Bu mahiyyətə dəyər verilməsi dövlətin ayaqda qalma şərtidir. Jurnalistikamızın dünya jurnalistikası ilə ayaqlaşmasının zəruriliyini vurğuladıq. Təbii ki, bunun üçün daha zəruri mexanizmlərin tətbiqinə ehtiyac var. Bu yol hər bir halda gedilməlidir və gediləcək də...
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb