ETSN, FHN, ƏMDK, yoxsa icra başçısı... - Girovun ailəsinin torpaq sahəsi ilə bağlı qalmaqal

img

18-05-2019 [17:59]


Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov  erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova məxsus torpaq sahəsini əlindən alır.

Bu haqda  Kürdoğlu Əsgərov məlumat verib. O bildirib ki, 5 il bundan qabaq icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir. Qeyd edib ki, buna görə dəfələrlə müraciət etsə də, icra hakimiyyəti müqaviləni yeniləmir.  

"Məqsədləri isə budur ki, mənə məxsus ərazini türk şirkətlərinə külli miqdarda vəsait qarşılığında satsınlar. Aidiyyatı dövlət qurumlarından xahiş edirəm ki, bu məsələyə münasibət bildirsinlər. Şəmkir rayon icra başçısına yerini bildirsinlər ki, mənim atam Dilqəm Əsgərov bu vətən uğrunda canlı-canlı çürüyərkən icra başçısı mənim torpağımı əlimdən alır".

Məsələ ilə bağlı Şəmkir rayon icra hakimiyyəti mətbuat xidmətinin rəhbəri Elgün Seyidov  danışıb.  

"Əvvəlcə onu bildirim ki, şikayətçi olan şəxsin ailəsi Şəmkir rayon İcra Hakimiyyətinin hər zaman diqqət mərkəzindədir. Məsələ  bundan ibarətdir ki, imzalanan müqavilənin vaxtı başa çatıb. Yenidən müqavilə imzalamaq üçün icra hakimiyyəti həmin torpaq sahəsinin həmin şəxsə və ya başqalarına icarəyə verməsi üçün aidiyyatı qurumlara məsələn, Fövqəladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət ünvanlayır. 

Qeyd etdiyim bəzi qurumlardan müqavilənin yenilənməsi ilə bağlı etiraz gəlib. Lakin icra hakimiyəti müraciət ünvanlayıb. Ərazinin satılması ilə bağlı xəbər də tamamilə yalnışdır”.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana çəkilən yeni yolun bir qismi Kürdoğlu Əsgərovun torpağından keçir. Həmin torpaq sahəsinə görə isə külli miqdarda kompensasiya düşür. Bu baxımdan da Şəmkirin icra başçısı həmin torpaq sahəsinə ələ keçirmək istəyir.

Üstəgəl, yol çəkilişi üçün lazım olan materialları icra başçısı öz inhisarına salmaq niyyətindədir.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR