Türkiyə səfiri Marneulidə: "Nərimanovun Atatürkə göstərdiyi yardımı unutmadıq" + FOTO

img

18-05-2019 [14:27]


"Türkiyə Gürcüstanda Azərbaycanın böyük ictimai və dövlət xadimi Nəriman Nərimanovun adının yaşadılmasına dəstək göstərməyə hazırdır”.

Bu barədə Marneuli rayonuna səfər edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bildirib.

Səfir deyib ki, Türkiyə N.Nərimanovun Mustafa Kamal Atatürkə göstərdiyi yardımı heç zaman unutmayıb və unutmayacaq: "Gürcüstanda bu böyük şəxsiyyətin adının yaşadılması istiqamətində bir sıra tədbirlər həyata keçirilə bilər. Məsələn, onun adına mükafat təsis edərək müxtəlif müsabiqələr təşkil etmək olar. Bu cür müsabiqələrin keçirilməsində Azərbaycanın Gürcüstandakı səfirliyi ilə əməkdaşlıq etməyə hazırıq”.

F.C.Yazqan qeyd edib ki, Marneulidə N.Nərimanovun heykəlinin qorunması və ətrafının abadlaşdırılması çox önəmlidir: "Bu məsələni Azərbaycanın Gürcüstandakı səfirliyi və Gürcüstanın aidiyyatı qurumları ilə müzakirə edəcəm”.

Türkiyə səfiri Marneuliyə səfəri çərçivəsində vaxtilə Nəriman Nərimanovun adını daşıyan Qızılhacılı kənd 1 saylı ictimai məktəbə də baş çəkib. Diplomat məktəbin həyətində N.Nərimanovun büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub. Daha sonra o, məktəb müəllimləri və şagirdləri ilə söhbət edərək onların qayğıları ilə maraqlanıb/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR