Bakıdakı silahlı atışmaya görə daha 2 nəfər həbs edildi

18-05-2019 [13:34]
Bir neçə gün öncə Bakıda baş verən silahlı atışmaya görə daha iki nəfər saxlanılıb. 

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, biznesmen oğlu İsa Əzizovla "razborka”da iştirak edən kriminal aləmə yaxın şəxslər olan Elçin Sadıq və Yasin Əhmədov tutulub. 

Onlar hadisə yerindən qaçdıqları üçün bir neçə gündür axtarışda idilər. 

Xatırladaq ki, "Ramal” Ticarət Mərkəzinin rəhbəri Nadir Əzizovun oğlu olan İsa Əzizov həmin "razborka”da qarşı tərəfə "Vinçester” markalı silahdan atəş açıb. Atəş hədəfə dəymədiyi üçün yaralanan olmayıb. 

Lakin İ.Əzizov onları saxlamaq üçün hadisə yerinə gələn polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Bu işlə bağlı 3 maddə üzrə cinayət işi başlanılıb, İ.Əzizov da daxil olmaqla 10-a yaxın şəxs saxlanılıb.

Onu da qeyd edək ki, İsa Əzizobv deputat Adil Əliyevin yaxın qohumdur.


SON XƏBƏRLƏR
12:20 18.06.2019
Nazir istefa verdi
11:40 18.06.2019
87 vəkil and içdi