ABŞ hökuməti Meksika təmsilçilərinə qarşı sanksiya tətbiq edib

17-05-2019 [23:08]
ABŞ hökuməti "Qlobal Maqnitski qanunu”na əsasən, sanksiya siyahısına Meksikanın 11 fərdi vətəndaşını və 10 şirkətini daxil edib.

"Report" bu barədə ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Sözügedən şəxs və qurumların ABŞ ərazisində hər cür əmlak və maliyyə ehtiyatları dondurulacaq, amerikalı hüquqi və fiziki şəxslərin onlarla işgüzar əlaqələrinə qadağa qoyulacaq.

Qeyd edək ki, 2016-cı ildə qəbul olunmuş "Qlobal Maqnitski qanunu” korrupsiyaya bulaşmış, həmçinin insan hüqularını əngəlləyən hökumət rəsmiləri və qurumlarına qarşı məhdudlaşdırıcı tədbirlər görməyi nəzərdə tutur.


SON XƏBƏRLƏR
11:21 27.06.2019
Deputatlar toplanır