Müəllim olmaq üçün 7000-dən çox şəxs imtahan verəcək

img

17-05-2019 [18:07]


Müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanlarına start verilir.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, sınaq imtahanları 18-30 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında keçiriləcək.

Sınaq imtahanlarında 7000-dən çox şəxsin iştirakı gözlənilir.

İmtahan qrafiki ilə bağlı iştirakçıların şəxsi səhifələrinə məlumat göndərilib.

İştirakçılar sınaq imtahanına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR