Sabirabad rayonunda doğuş zamanı əkiz körpələrdən biri ölüb

17-05-2019 [17:44]
Sabirabad rayonunda doğuş zamanı əkiz körpələrdən biri ölüb.

Bu barədə "Report”un Aran bürosuna uşağın atası Elvin Əsədov məlumat verib. 

Onun sözlərinə görə, Ağdərə sakini olan, hazırda Sabirabad rayonunun Nizamikənd kəndində müvəqqəti məskunlaşan həyat yoldaşı, 1997-ci il təvəllüdlü Əsədova Mülayim Bariz qızı Sabirabad Rayon Perinatal Mərkəzinə daxil olub. Ancaq qeysəriyyə əməliyyatı zamanı doğulan əkiz körpələrdən biri ölüb.

E.Əsədov əkizlərdən birinin ölümünə səbəb kimi həkim səhlənkarlığının olduğunu iddia edir. 


SON XƏBƏRLƏR