Deputat Parisə gedir

17-05-2019 [16:27]
Azərbaycan Milli Məclisinin (MM) deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq.

Mia.az Milli Məclisə istinadən xəbər verir ki, komitə iclasında terror qurbanlarının qorunması və onlara köməklik göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovada vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq.

Sabir Hacıyev iclasda çıxış edəcək.


SON XƏBƏRLƏR
11:21 27.06.2019
Deputatlar toplanır