Hesablama Palatasının hüquqlarından biri alındı

img

17-05-2019 [15:35]


Azərbaycanda Hesablama Palatasının hüquqlarından biri ləğv edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Hesablama Palatası haqqında” qanuna dəyişikliklər əksini tapıb.

Hazırda Palatanın qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxma və inzibati tənbeh tətbiq etmə hüququ var.

Yeni dəyişikliklərdə isə bu hüquq ləğv edilir.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR