DİM-in “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir

img

17-05-2019 [14:37]


VI sinif biologiya və coğrafiya fənləri üzrə "vizaullaşdırılmış dərs”lərin bir hissəsi Mərkəzin "Youtube" kanalına yerləşdirilib

Mia.az DİM-ə istinadən xəbər verir ki, məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən "Vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib. Gözlənildiyi kimi, layihə maraqla qarşılanıb və istifadəçilər belə "videodərs"lərin hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.

Bu layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik "vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığ­camlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə et­məyə imkan verir.

Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in "Youtube” kanalına yerləşdirilir. Məlum olduğu kimi, ingilis dili fənni üzrə V, VI, VII sinfə, fizika fənni üzrə isə VI sinfə aid materiallar əsasında "videodərs”lər kanalımıza yerləşdirilib. Hazırda isə V sinif Azərbaycan dili, VI sinif coğrafiya, biologiya fənləri üzrə "vizaullaşdırılmış dərs”lərin bir hissəsi portala yerləşdirilib. Yaxın vaxtlarda digər dərslər də kanala yüklənəcəkdir.

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi "videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır.

Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri vardır. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.

Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.

"Videodərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodiki material kimi istifadə edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR