Təhsil müəssisələrinin akkreditasiya qiyməti bəlli oldu - Məbləğ

17-05-2019 [14:27]

"Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında qəbul edilib.

Mia.az "Report”a istinadən xəbər verir ki, qanuna əlavə edilməsi təklif olunan 32.1 maddəsinə əsasən, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20 000 manat, əlavə təhsil müəssisələri 15 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəyəcək.



SON XƏBƏRLƏR