Avropa Şurasının ekspertləri Azərbaycana gələcək

img

17-05-2019 [14:22]


Avropa ölkələrinin internet məkanında uşaqlara qarşı cinsi zorakılığın qarşısının alınması ilə bağlı Avropa Şurasının ilk regional konfransı (EndOCSEA - End Online Child Sexual Exploitation and Abuse - Uşaqların online cinsi istismarına və sui-istifadələrə son) Strasburqda başa çatıb.

"Report” Avropa Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, konfransda layihənin ünvanlandığı ölkələr olan Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Ermənistan, Gürcüstan, Moldova, Monteneqro, Serbiya, Türkiyə və Ukraynanı təmsil edən hüquq-mühafizə qurumları, Ədliyyə və Təhsil nazirlikləri, uşaqların qorunmasına dair agentliklərin nümayəndələri, habelə nüfuzlu beynəlxalq və qeyri-hökumət təşkilatlarının yüksək məruzəçiləri iştirak ediblər.

Konfransda Azərbaycan, Ermənistan, Ukrayna pilot ölkələr qismində təsdiq olunmaqla milli cavab tədbirlərinin, qanunlarda və əməli təcrübədəki nöqsanların dərin təhlili üçün texniki yardım alacaqlar.

Bu tədbirlər çərçivəsində layihə ekspertlərinin bu ilin iyun ayında Azərbaycan və Ukraynaya, sentyabr ayında Ermənistana faktaraşdırıcı missiyalar çərçivəsində səfər edəcəkləri gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR