Trampdan İranla bağlı açıqlama: "Ondan xahiş edəcəm, vasitəçi olsun"

img

17-05-2019 [12:33]


Donald Tramp İranla vasitəçilik etmək üçün İsveçrə prezidenti Uli Mauerlə görüşmək istədiyini bildirib.

"New York Times” xəbər verir ki, Tramp Tehrana qarşı müharibə ehtimalı barədə danışarkən, bunun baş verməyəcəyinə ümid etdiyini deyib. 

Bu gün İsveçrə prezidenti Uli Mauerlə görüşəcək ABŞ dövlət başçısı ondan vasitəçilik etməsini xahiş edəcək.

Xatırladaq ki, İsveçrə səfirliyi illərdir ABŞ-la İran arasında diplomatik poçt vəzifəsini yerinə yetirir. Tramp öz telefon nömrələrini də bu səfirlik vasitəsilə rəsmi Tehrana çatdırıb/Reyting.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR