Mübarək danışdı: "Klintona dedim ki, heç bir ərəb lideri Qüdsdən imtina etməyəcək...."

img

17-05-2019 [12:26]


Misirin sabiq prezident Hüsni Mübarək Küveytin "əl-Ənbai Küveyt” qəzetinə müsahibə verib. 

Mia.az Reyting.az-a istinadən xəbər verir ki, bu barədə müsahibəni götürmüş jurnalist Fəcr əl-Səid öz "Tvitter” hesabında məlumat verib.

Əl-Səidin qeydlərinə əsasən, Mübarəklə söhbətdə Səddam Hüseynin Küveytə hücumunun sirlərindən tütmüş Yaxın Şərqdə ABŞ və Rusiyanın roluna qədər bir sıra məsələlərə toxunulub.

Fələstinə dair "əsrin müqaviləsi” barədə danışan Hüsni Mübarək deyib: "Vaxtilə prezident Klintona da demişdim ki, heç bir ərəb lideri Qüdsdən imtina etməyəcək. Ona görə də, Yaxın Şərqdə tarazlığı pozma cəhdi vəziyyət partlayış nöqtəsinə gətirib çıxaracaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR