ABŞ səfiri: "Azərbaycanın hüquq və məhkəmə sistemində ishalatlar həyata keçirəcəyinə ümid edirik"

img

17-05-2019 [12:55]


"ABŞ 27 ildir Azərbaycanın müstəqilliyini və iqtisadi inkişafını dəstəkləyir. Bu illər ərzində ABŞ-ın Azərbaycana maliyyə dəstəyi 1,3 mlrd. dollar təşkil edib. Ümid edirəm ki, logistika, nəqliyyat və energetika sahələrində konkret nəticələr əldə edəcəyik”.

Bunu Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclasında ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib.

Onun sözlərinə görə, Azərbaycan son illər böyük iqtisadi irəliləyişlərə nail olub: "ABŞ Azərbaycanın hüquq və məhkəmə sistemində ishalatların həyata keçirəcəyinə ümid edir. Çox istərdik ki, əqli mülkiyyət huquqlarının qorunmasında irəliləyişlər olsun”.

Səfir həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasını ölkənin uğurlarından biri kimi qeyd edib.

"Neft-qaz layihələri də uğurla həyata keçirilir. ABŞ Azərbaycanın energetika layihələrini, xüsusilə də Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməkdə davam edir. Bu komissiya çərçivəsində əməkdaşlığımızın genişlənəcəyinə və uğurlu olacağına ümid edirəm”, - Örl Litzenberger bildirib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR