Bakıda iki məhkum həbs edildi - Oğurluq faktına görə

img

17-05-2019 [11:09]


Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Sultanova mayın 16-da çantasından içərisində 120 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısının oğurlandığını bildirib.

​DİN Mətbuat Xidmətindən verilən Mia.az-a məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparıləb.

Şöbə əməkdaşlarının "isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

​Onların Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş N.Əkbərzadə və Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Məmmədov olduqları müəyyən edilib.

​29-cu Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR