“Arsenal” Mxitaryanı Bakıya gətirməkdən imtina etdi - Səbəb

img

17-05-2019 [10:21]


İngiltərənin "Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak etməyəcək.

"The Times” nəşrinin məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi "Çelsi” ilə mayın 29-da keçiriləcək matça gətirilən heyətdə olmayacaq.

Futbolçunun Londonda qalması klub rəhbərliyinin təhlükəsizliklə bağlı düşüncələri ilə bağlıdır. 

İngiltərəlilər H.Mxitaryanın Azərbaycana gəlməsi ətrafında yaranacaq səs-küyün həlledici matçda komandaya mənfi təsir edə biləcəyindən ehtiyatlanır.

Qeyd edək ki, H.Mxitaryan Dortmund "Borussiya”sında çıxış etdiyi vaxt "Qəbələ”, "Arsenal”ın heyətində isə "Qarabağ”la Bakıda keçirilən görüşlərə də gəlməyib/Ona.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR