Naxçıvanda ər-arvadın olduğu avtomobil suya düşüb, onların hər ikisi ölüb

img

17-05-2019 [10:04]


Naxçıvanda ər-arvadın olduğu avtomobilin suya düşməsi nəticəsində onların hər ikisi ölüb.

"Report” xəbər verir ki, Şahbuz rayonunda 46 yaşlı Həsən Abbasovun idarə etdiyi "Saipa” markalı maşın idarəetmədən çıxaraq Vayxır su anbarına düşüb.

Sürücü və maşında olan həyat yoldaşı 43 yaşlı Ruhiyyə Abbasova suda boğularaq ölüb.

Onların meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR