Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv etdi: "Qərara gəldim ki..."

17-05-2019 [08:07]
ABŞ prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartmaqla, onunla güzəştli ticarət rejimini ləğv edib.

TASS xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

"Mən qərara gəldim ki, Türkiyənin iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən Türkiyənin inkişaf etməkdə olan ölkə - benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı", - deyə ABŞ prezidentinin bəyanatında bildirilir.

Buna uyğun olaraq Vaşinqton həmçinin Ankara ilə xüsusi güzəştli ticarət rejimini dayandırır/Report.


SON XƏBƏRLƏR