Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi -Ceyhun Bayramov əmr verdi

img

16-05-2019 [22:52]


8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə gündəmə gələn Bakı şəhəri 162 saylı orta məktəbinə yeni direktor təyin olunub.

Mia.az xəbər verir ki, nazir Ceyhun Bayramovun əmri ilə həmin məktəbə Bakının Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksinin (200 və 43 saylı məktəb) təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Nəzərova təyin edilib.

O, artıq bu gündən kollektivə təqdim olunub.

Xatırladaq ki, Elina Hacıyevanın intiharından sonra sözügedən  məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən azad edilib. Onun barəsində cinayət işi açılaraq, barəsində ev dustaqlığı qərarı çıxarılıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR