Şriftin ölçüsü / 76 dəfə oxunub

Hərbi Hava Qüvvələrinin hissə və bölmələrinin peşəkarlığı artırılır - VİDEO

16 May 2019 [20:04]

2019-cu ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) hissə və bölmələri arasında "Ən yaxşı heyət” və "Ən yaxşı kiçik mütəxəssis” adı uğrunda yarışlar keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, qoşunların silahlanmasında olan müxtəlif döyüş texnikasının heyət və ekipajlarının cəlb olunduğu yarışlarda şəxsi heyətin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə nəzəri bilikləri, praktiki vərdişləri və fiziki hazırlıqları yoxlanılıb.

Sonda normativləri yüksək səviyyədə yerinə yetirən heyətlər komandanlıq tərəfindən mükafatlandırılıb.




SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub