Şriftin ölçüsü / 131 dəfə oxunub

Nazarbayev forumda: "Mən bu ölkələrin liderləri ilə belə danışıqlar aparıram”

16 May 2019 [17:30]
"Qazaxıstan Nur-Sultanda ABŞ, Çin, Rusiya və Avropa ittifaqının səlahiyyətli nümayəndələri arasında dialoq üçün platforma təqdim etməyə hazırdır".

Bunu Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən XII "Astana İqtisadi Forumu"nda çıxış edən ölkənin birinci prezidenti Nursultan Nazarbayev deyib.

O deyib ki, ölkələr arasındakı anlaşılmazlıqlar praktik iqtisadi əlaqələrin yaranmasına mane olur: "Səmərəsiz sanksiyalar rejimindən bütün dünyanın gələcəyini təyin edən liderlərlə birbaşa dialoqa keçmək vacibdir. Bu əlaqələr zamanı ABŞ, Çin, Rusiya və Avropa ittifaqı nümayəndələri arasında baş vermiş geosiyası böhrandan çıxış yollarını müzakirə etməyin vaxtı çatıb. Mən bu ölkələrin liderləri ilə belə danışıqlar aparıram”.

Eks prezident vurğulayıb ki, dünyada siyasi və iqtisadi qeyri-müəyyənlik, populizm artmaqdadır: "İqtisadi planlaşdırma sahələri çox azalıb. Çətin vəziyyətlərdən çıxma yollarını forumlar və BMT G-20 Dünya Ticarət Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində tapmaq lazımdır”.

N.Nazarbayev Qazaxıstan iqtisadiyyatındakı vəziyyətə toxunaraq, vurğuladı ki, ölkənin iqtisadiyyatı 21 dəfə artıb, yoxsulluq səviyyəsi isə 40%-dan 3%-a enib: "Qazaxıstanın Xarici İşlər Nazirliyi xarici sərmayələrin cəlb edilməsində açar rolunu oynayır. Qazaxıstanın XİN-i bu ölkədə çalışmaq istəyən istənilən sərmayəçi üçün yeganə pəncərə olacaq. Qazaxıstan 30 inkişaf etmiş ölkərəin sırasına daxil olmaq üçün əlindən gələni edəcək”.

Onun sözlərinə görə, Qazaxıstan müstəqillik əldə edəndən sonra ölkəyə cəlb edilmiş birbaşa xarici sərmayənin məbləği 320 mlrd dollara qədər yüksəlib.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda XII Astana iqtisadi forumu keçirilir. Astana İqtisadi Formu mayın 17-ə kimi davam edəcək. Forum çərçivəsində 164 nümayəndənin çıxış edəcəyi 55 görüş təşkil olunacaq.

Forum 2008-ci ildən Qazaxıstan hökümətinin və "Alimlərin Avrasiya İqtisadi Klubu” Assosiasiyasının təşəbbüsü ilə keçirilir/Report. 


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub