İnternet pulunu daha hər ayın 5-dək ödəməyəcəksiniz - Nazirlik qaydaları dəyişdi

img

16-05-2019 [16:17]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Mia.az nazirliyə istinadla xəbər verir ki, 2019-cu ilin may ayından etibarən "Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər "gündəlik hesablaşma” prinsipi ilə aparılacaq: "Artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq".

Nazirlik əlavə məlumat üçün 170 qısa nömrəsinə müraciət etməyi tövsiyyə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR