Şriftin ölçüsü / 59 dəfə oxunub

Gürcüstanın Baş naziri: "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu böyük imkanlar yaradacaq”

16 May 2019 [14:45]
"Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ("Orta Dəhliz”- red.) layihəsi dünya iqtisadiyyatında böyük imkanlar yaradacaq”.

Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze Nur-Sultan şəhərində keçirilən iqtisadi forumda çıxışında bildirib.

Onun sözlərinə görə, Gürcüstan "Bir yol, bir kəmər” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və tarixi İpək yolunun bərpası təşəbbüsünün ayrılmaz hissəsidir.

M.Baxtadze qeyd edib ki, Gürcüstanın regionun çoxprofilli mərkəzinə çevrilməsi ilə bağlı iddiaları var: "Biz biznes, kapital qoyuluşu, maliyyə, innovasiyalar, turizm, ticarət və logistika mərkəzi olmalıyıq”.

Report


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub