Şriftin ölçüsü / 69 dəfə oxunub

SOCAR və BP Aralda geoloji-kəşfiyyat aparacaq

16 May 2019 [14:11]
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "BP Exploration (Caspian Sea)" və "Uzbekneftegaz” arasında Aral dənizindəki investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması ilə bağlı saziş imzalanıb.

"Report” bu barədə Özbəkistanın Podrobno.uz saytına istinadən xəbər verir.

Sənəd Aralın Özbəkistan hissəsində, Üstyurd regionunun Samsk-Kosbulak, Bayterek investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur.

Kəşfiyyat tərəflərin razılaşdırılmış qrafikinə uyğun olaraq mərhələlərlə həyata keçiriləcək.

Qeyd edək ki, ötən ilin may ayında "Uzbekneftegaz”, SOCAR və BP şirkətləri Özbəkistanda yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma  Memorandum və "Uzbekneftegaz”ın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu imzalayıb.


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub