Şriftin ölçüsü / 68 dəfə oxunub

ABŞ Venesuela ilə hava nəqliyyatını dayandırdı

15 May 2019 [23:27]
ABŞ Venesuela ilə hava nəqliyyatını dayandırıb.

Bu barədə TASS məlumat yayıb.

ABŞ-ın nəqliyyat naziri Eleyn Çao bildirib ki, ölkə administrasiyası mövcud təhlükə ilə əlaqədar Venesuela ilə hava nəqliyyatını müvəqqəti dayandırır.

"Daxili Təhlükəsizlik Nazirliyi bu nəticəyə gəlib ki, Venesuelanı tərk edən və bu ölkəyə uçan təyyarələrin, sərnişinlərin və heyət üzvlərinin təhlükəsizliyinə təhdidin mövcud olması ABŞ və Venesuela arasında mülki aviasiya üzrə bütün reyslərin təcili dayandırılmasını tələb edir", - deyə bəyanatda bildirilir/Report.


SON XƏBƏRLƏR
17:55 21.05.2019
Ağdaşda oğru tutulub